азербайджанская турецкая, электронная музыка, баллада
4:27
азербайджанская турецкая, электронная музыка, баллада
4:47
Policy version: pending
Prompt:
Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yolda məsafə, zaman ölçüsüz, Bu yolda hər addım xariqə, möcüz Bu yolda yolçuyam mən gecə-gündüz. Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yolda hicrana tapmışam çarə, Bu yolda nisgili çəkmişəm dara, Bu yolda qəm-qüssə geyinib qara. Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yolda azadam, aparıcı yox, Bu yolda yorğunluq, ağrı-acı yox, Bu yolda döngə yox, yol ayrıcı yox! Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yol ürəyimin uman yeridir, Bu yol varlığımın güman yeridir, Bu yol həsrətimin ümman yeridir. Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yolda yuxular vüsal yuxusu, Bu yolda hər yanda vətən qoxusu, Bu yolda itsəm də yoxdur qorxusu! Qürbətdən vətənə Ağ yol çəkmişəm... Qürbətdən vətənə Ağ yol çəkmişəm... Bu yol kəhkəşandır - necə də yanır!? Bu yolda azmaram, bu yol Süd yolu, Bu yolun sonunda köz, Ocaq yanır! Bu yolda azmaram, bu yol Süd yolu, Bu yolun sonunda köz, Ocaq yanır! Bu yolun sonunda köz, Ocaq yanır! Bu yolun sonunda köz, Ocaq yanır!